QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hərbi əməliyyatların getmədiyi yaşayış məntəqələrimiz yenidən atəşə tutulub, yaralılar var

Abunə olmaq
Müdafiə Nazirliyi: "Azərbaycanın hərbi əməliyyatların getmədiyi yaşayış məntəqələri yenidən Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalıb"

BAKI, 4 oktyabr - Sputnik. Azərbaycanın hərbi əməliyyatların getmədiyi yaşayış məntəqələri yenidən Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalıb.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hazırda qarşı tərəfdən Ağcabədi rayonunun Sarıcalı, Ağdam rayonunun Baharlı, Çıraqlı, Üçoğlan və Bərdə rayonunun Şahvəllər yaşayış məntəqələri intensiv artilleriya atəşinə tutulur, yaralanan var.

Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərini raket atəşinə tutub. Nəticədə mülki əhalinin yaşadığı evlərə, mülki obyektlərə və tarixi binalara ziyan dəyib. Mülki şəxslərdən bir nəfər həlak olub, dörd nəfər yaralanıb. 

Xəbər lenti
0