02:57 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
514 0 0

Türkiyə XİN: "Bu hücumlar Ermənistanın düşdüyü çarəsiz vəziyyətin və qanunsuz işğalını davam etdirmək üçün insanlığa qarşı cinayətlər törətməkdən geri qalmayacağının sübutudur."

BAKI, 4 oktyabr - Sputnik. Türkiyə Xarici İşlər Nazirliyi Gəncənin Ermənistan ordusu tərəfindən atəşə tutulması ilə bağlı bəyanat yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bəyanatda Ermənistanın mülki insanları hədəfə alması pislənilir: 

"Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə hücum edərək mülki insanları hədəf alması, onun qanunsuz əməllərinin daha bir təzahürüdür. Bu hücumları qınayırıq".

Bəyanatda həmçinin qeyd edilib ki, işğal etdiyi Azərbaycan torpaqlarında məğlubiyyətlə üzləşən Ermənistan bu hücumları ilə başda Cenevrə Konvensiyaları olmaqla, beynəlxalq hüququn bütün tələblərini pozur:

"Bu hücumlar Ermənistanın düşdüyü çarəsiz vəziyyətin və qanunsuz işğalını davam etdirmək üçün insanlığa qarşı cinayətlər törətməkdən geri qalmayacağının sübutudur. Əvvəldən də söylədiyimiz kimi, Ermənistan bölgədəki sülh və sabitliyə ən böyük maneədir".

Bəyanatda Azərbaycanın Ermənistanın bu cür təxribatlarına uymayacağına ümid edildiyi vurğulanıb.

“Mülki əhaliyə zərər dəyməməsi üçün səy göstərən və beynəlxalq hüququn tələbləri çərçivəsində özünümüdafiə hüququndan istifadə edərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mübarizə aparan qardaş Azərbaycanı dəstəkləyirik”, - deyə bəyanatda bildirilib.

Əlaqədar

"Bütün dünya gördü ki, Türkiyə Azərbaycana güclü dəstək verdi" – Türkiyə XİN rəsmisi
Türkiyə XİN Qarabağdakı təxribatla bağlı bəyanat yaydı
Türkiyə Ermənistanı seçim etməyə çağırdı: Ya sülh, ya da müharibə
İzmirdə rəsmi binalar Azərbaycan bayrağına sarıldı: Türkiyə daim Azərbaycanın yanındadır

Əsas mövzular