08:11 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
30130

Prezidentin köməkçisi: "Arayik Arutunyan, sən bunkerdə gizlənmişdin, Azərbaycan ordusu səni orada da tapdı. Ordumuzun dəqiq zərbəsi nəticəsində Araik Arutunyan ağır yaralanıb. Digər separatçıları da eyni aqibət gözləyir"

BAKI, 4 oktyabr - Sputnik. Azərbaycanın şəhər və kəndlərin hədəf alınması Ermənistanın 30 ildən çox davam edən işğalçılıq siyasətinin tərkib hissəsidir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

Azərbaycanın şəhərlərinə kasetli bombaların atıldığını vurğulayan H.Hacıyev deyib: “Ermənistan terrorçu dövlətdir. Azərbaycan bu hücumların heç birini cavabsız qoymur. Hazırda bu atəşin qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri Arayik Arutunyanın əmri ilə işğal olunmuş ərazilərdən endirildiyi bildirilir. Mən buradan Arayik Arutunyana müraciət etmək istəyirəm. Arayik Arutunyan, sən bunkerdə gizlənmişdin, Azərbaycan ordusu səni orada da tapdı. Ordumuzun dəqiq zərbəsi nəticəsində Arayik Arutunyan ağır yaralanıb. Onun kimi hərbi cinayətkarlar, separatçıların da aqibəti eyni olacaq".

Əlaqədar

Gəncədə dağıntılar altından xəsarət almış iki nəfər çıxarılıb - FHN
Prezidentin köməkçisi Gəncə, Tərtər və Horadizin atəşə tutulması barədə
Hikmət Hacıyev: "Guya Yerevan səmalarında dronlar uçurdu, o da fotoşop idi"
Hikmət Hacıyev: Ermənistandan Azərbaycana 10 mindən artıq mərmi atılıb

Əsas mövzular