09:41 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
402 0 0

Ermənistanın Azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədli şəkildə hədəfə aldığını Aİ rəsmisinin diqqətinə çatdıran nazir Ceyhun Bayramov, 19 nəfər dinc sakinin həlak olduğu, 63 nəfərin isə yaralandığı barədə məlumat verib

BAKI, 4 oktyabr - Sputnik. Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub. Tərəflər arasında bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Aİ-nin ali nümayəndəsi bölgədə yaşanan gərginliklə bağlı ciddi narahatlığını bildirib. Aİ-nin gərginliyin aradan qaldırılmasında maraqlı olduğu və münaqişənin sülh yolu ilə həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini dəstəklədiyi qeyd olunub.

Президент Азербайджана Ильхам Алиев и Президент Франции Эммануэль Макрон
© Official website of President of Azerbaijan Republic

Nazir Ceyhun Bayramov Ermənistanın son aylarda həyata keçirdiyi təxribatçı fəaliyyətin davamı olaraq, 27 sentyabr tarixində bütün cəbhə boyu Azərbaycana qarşı yeni təcavüzə əl atdığını və buna cavab olaraq Azərbaycan silahlı qüvvələrinin əks həmlələri həyata keçirdiyini qeyd edib. Ermənistanın Azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədli şəkildə hədəfə aldığını Aİ rəsmisinin diqqətinə çatdıran nazir Ceyhun Bayramov, 19 nəfər dinc sakinin həlak olduğu, 63 nəfərin isə yaralandığı barədə məlumat verib. Nazir, Ermənistan ərazisindən Azərbaycanın yaşayış məntəqələrinin raket və artilleriya atəşinə tutulduğunu qeyd edərək, bununla ciddi təxribata əl atan Ermənistanın üçüncü tərəfləri münaqişəyə cəlb etmək məqsədini güddüyünü bildirib. Bölgədə sülhün təmin olunması üçün beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət olunmasının və Azərbaycanın ərazilərinin işğalına son qoyulmasının vacibliyi vurğulanıb.

Əlaqədar

Ermənilər Beyləqanı hədəf alıblar
Madagiz-Ağdərə istiqamətində ermənilərin itkiləri açıqlandı
Braziliyalı deputat erməni təcavüzü haqda müsahibə verdi
İran parlementarisi erməniləri Azərbaycanın ərazi toxunulmazlığına hörmət etməyə çağırıb
Ermənistanın atdığı top mərmisi nəticəsində müstəntiq yaralanıb
Teqlər:
Ceyhun Bayramov, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular