09:21 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
QARABAĞ
Qısa URL
26520

Qeyd edək ki, bir qədər əvvəl Prezident Azərbaycan ordusunun Madagizdə (Suqovuşan) Azərbaycan bayrağını qaldırması barədə tvit paylaşmışdı.

BAKI, 3 oktyabr - Sputnik. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Twitter-də daha bir tarixi paylaşım edib.

Sputnik Azərbaycan bildirir ki, paylaşımda: "2020-ci il oktyabrın 3-dən #Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra #Suqovuşan adlandırılır. #Qarabağ #Azərbaycandır!" yazıb.

Qeyd edək ki, bir qədər əvvəl Prezident Azərbaycan ordusunun Madagizdə (Suqovuşan) Azərbaycan bayrağını qaldırması barədə tvit paylaşmışdı.

Dövlətimizin başçısı bu gün 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin (Suqovuşan) işğaldan azad olunması münasibətilə təbrik edib. 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

"Ona tapşırıq verdi ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın. Hikmət Həsənov Ali Baş Komandana öz təşəkkürünü bildirdi, Prezidenti əmin etdi ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcəkdir", - deyə məlumatda bildirilir.

Əsas mövzular