QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənilər yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərirlər

© SputnikДобровольцы в Армении
Добровольцы в Армении - Sputnik Azərbaycan
Abunə olmaq
"Belə görünür ki, bu, qadınların ardınca döyüşə ahıl yaşında olan qocaları göndərən düşmənin son ehtiyat qüvvəsi olacaq"

BAKI, 3 oktyabr — Sputnik. “Şəxsi heyət çatışmazlığıdan əziyyət çəkən düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir”.

Sputnik Azərbaycan bildirir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. 

"Döyüş əməliyyatları zamanı istər canlı qüvvə, istərsə də döyüş texnikası sarıdan xeyli sayda itki verən Ermənistan silahlı qüvvələri artıq 60-70 yaşlarında olan qocaları da döyüşə göndərir. Belə görünür ki, bu, qadınların ardınca döyüşə ahıl yaşında olan qocaları göndərən düşmənin son ehtiyat qüvvəsi olacaq", - V.Dərgahlı bildirib.

Xəbər lenti
0