QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Cəbhəyə yük avtomobilləri dolu təkər göndərildi

© Azerbaijan Highway State AgencyAbşeron rayonunda küçə və yolların təmiri
Abşeron rayonunda küçə və yolların təmiri - Sputnik Azərbaycan
Abunə olmaq
"Hər şey Vətən üçün" aksiyasına "Təmiz Şəhər" ASC də qoşulub. Belə ki, yola salınan təkərlərin 10 mini Balaxanı poliqonundan toplanıb

BAKI, 3 oktyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) cəbhəyə təkər göndərib. Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, "Hər şey Vətən üçün" aksiyası çərçivəsində təkər dolu növbəti yük avtomobil karvanı cəbhə bölgəsinə yola salınıb. Bu dəfə 23 yük avtomobili ilə 16000-dən artıq təkər göndərilib.

Qeyd edək ki, "Hər şey Vətən üçün" aksiyasına "Təmiz Şəhər" ASC də qoşulub. Belə ki, yola salınan təkərlərin 10 mini Balaxanı poliqonundan toplanıb.

Xatırladaq ki, iyul ayından düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlardan sonra Bakı Nəqliyyat Agentliyi Müdafiə Nazirliyi ilə birgə "Hər şey Vətən üçün" aksiyasına başlayıb. Ötən müddətdə cəbhəyə 83 yük avtomobili ilə 42500-dən artıq təkər göndərilib.

Xəbər lenti
0