QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müdafiə Nazirliyi Ermənistanın məhv edilmiş döyüş texnikasının siyahısını açıqladı

Abunə olmaq
Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi,  hərbi və digər döyüş texnikası məhv edilib.

BAKI, 3 oktyabr - Sputnik. Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi,  hərbi və digər döyüş texnikası məhv edilib.

Sentyabrın 27-dən oktyabrın 2-si saat 20.00-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:
  -    230-dək tank və digər zirehli texnika;

  -    250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

  -    38 ədəd hava hücumundan müdafiə vasitələri;

  -    10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

  -    7 silah-sursat anbarı;

  -    130-dan artıq avtomobil texnikası;

  -    1 ədəd “S-300” zenit-raket kompleksi.

Xəbər lenti
0