SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Deputatlar müharibəyə getməyə hazırdır

© Sputnik / Murad OrujovAzərbaycan Milli Məclisinin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov
Azərbaycan Milli Məclisinin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov - Sputnik Azərbaycan
Abunə olmaq
Deputat Etibar Əliyev: "Yaxın qohumum döyüşlərdə yaralanıb. Mən də Vətən müharibəsində, bu döyüşlərdə iştirak etməyə hazıram. Azərbaycan xalqının səbir kasası artıq dolub".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 oktyabr — Sputnik. "Bu gün hər bir azərbaycanlı Vətən uğrunda gedən döyüşlərdə xoş xəbərlər eşitmək, uğur qazanmaq arzusundadır. Təəssüflər olsun ki, tarix boyu ədalət prinsipləri çox zaman de-yure deyil, de-fakto cəmiyyətlərin özlərinə uyğun bildiyi şəkildə həllini tapıb". Bunu Milli Məclisin deputatı Rəşad Mahmudov Sputnik Azərbaycan-a cəbhədə baş verənlərdən danışarkən deyib.

Азербайджанские военнослужащие, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Deputat: "Mən də komandir qismində döyüşdə iştirak etməyə hazıram"

O bildirib ki, uzun illər Azərbaycan dövləti beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olub: "Bu gün isə Azərbaycan cəmiyyəti bir mənalı olaraq Ali Baş Komandanın orduya verdiyi tapşırığı yüksək qiymətləndirir və sonunadək bunun arxasınca getməyə hazır olduğunu bildirib. İnanırıq ki, bu haqq yolumuzda mütləq şəkildə qələbə qazanacağıq".

"Bu gün hər bir azərbaycanlının ən böyük istəyi Vətən qarşısında borcunu yerinə yetirməkdir. Bu gün mən və ailəm, qohum-əqrabam, ətrafım iki şeyi arzulayır - qısa müddətdə torpaqlarımız işğaldan azad edilsin, şərəfli Vətən müharibəsində, döyüşdə iştirak edib öz imzalarını ata bilsinlər. Özüm də Vətən uğrunda mübarizədə canımdan keçməyə, bütün gücümü səfərbər etməyə hazıram", - deyə deputat vurğulayıb.

Milli Məclisin digər deputatı Etibar Əliyev də Sputnik Azərbaycan-a açıqlamasında ATƏT-in Minsk Qrupunun fəaliyyətini tənqid edib:

© Sputnik / Anar MustafayevMilli Məclisin deputatı Etibar Əliyev
Deputatlar müharibəyə getməyə hazırdır - Sputnik Azərbaycan
Milli Məclisin deputatı Etibar Əliyev

"Minsk Qrupunun yeganə missiyası Dağlıq Qarabağ münaqişəsini uzatmaq, dondurmaqdır. Bunu uzatmaq isə bizim haqq işimizi dondurmaqdır. Hadisələr göstərdi ki, bu sülh Ermənistana xidmət edir. Bizim əks-hücumdan sonra artıq Ermənistanın ritorikasında sülh yenə önə çıxır. Bunlar sülhdən özlərinə qalxan kimi istifadə edirlər. Artıq yetər! Artıq 30 ildir ki, biz buna dözmüşük. ATƏT-in Minsk Qrupunun formatında mütləq dəyişiklik olmalıdır. Çünki açıq şəkildə ATƏT-in Minsk Qrupunun bir üzvü ermənipərəstliyini ortaya qoydu. Qurumun bir üzvünün açıq şəkildə belə mövqe nümayiş etdirməsi torpaqlarımızın işğaldan azad olunmasını ləngidə biləcək bir hərəkətdir".

"Mənim yaxın qohumum döyüşlərdə yaralanıb, hazırda isə vəziyyəti yaxşıdır. Mən də Vətən müharibəsində, bu döyüşlərdə iştirak etməyə hazıram. Azərbaycan xalqının səbir kasası artıq dolub", - deyə deputat diqqətə çatdırıb.

Xəbər lenti
0