00:55 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
218221

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib ki, Azərbaycana dəstək məsələsində heç kimin Türkiyəni qınamağa haqqı yoxdur.

BAKI, 2 oktyabr — Sputnik. Ermənistan hazırda bölgədə özünü təcrid etmiş vəziyyətdədir. Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu italiyalı həmkarı Luici Di Maio ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Ermənistan buna başqasının torpaqlarını işğal edərək nail olub. Dağlıq Qarabağ münaqişəsinin həlli, sülh ilk növbədə Ermənistanın xeyrinə olar.

Çavuşoğlunun fikrincə, Ermənistan ya sülh yolunu, ya da müharibəni seçdiyi ilə bağlı konkret qərar verməlidir:

"Regionda sülhün bərqərar olması hər bir ölkənin xeyrinədir. Beynəlxalq təşkilatlar da bu məsələdə Ermənistanı münaqişəyə yox, sülhə həvəsləndirməlidir. Hazırda Azərbaycan öz torpaqlarında terrorizmlə mübarizə aparır. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan da dəfələrlə bildirib ki, Azərbaycanın atəşkəs elan etməsi üçün Ermənistanın işğal etdiyi torpaqlardan geri çəkilməsi lazımdır".

Nazir onu da qeyd edib ki, hazırda Azərbaycanın kifayət qədər hərbi gücü var və bu günədək Türkiyədən hərbi dəstək üçün heç bir istəyi olmayıb.

"Fəqət Azərbaycan dəstək istəsə, biz tərəddüd etmədən dəstək verməyə hazırıq. Azərbaycana dəstək məsələsində heç kimin Türkiyəni qınamağa haqqı yoxdur. Çünki həmişə demişik və yenə də deyilir ki, biz bir millət, iki dövlətik".

Əlaqədar

Türkiyə Milli Müdafiə Nazirliyi: Ermənistan özünə dəstəyi artırmaq üçün Türkiyəyə şər atır
Çavuşoğlu: "Azərbaycanın yanındayıq. Bu məsələni kökündən həll etmək istəyirik"
Ermənistan ağlını başına yığsın, Azərbaycanın yanındayıq – Çavuşoğlu
Mövlud Çavuşoğlu: "Ermənistanı ağlını başına toplamağa çağırıram"
Çavuşoğlu və Lavrov Qarabağdakı son durumu müzakirə etdilər

Əsas mövzular