08:35 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
19830

Türkiyədə Azərbaycan tərəfdən vuruşmaq istəyənlər çoxdur. Amma biz onlara bildiririk ki, Azərbaycan ordusu güclüdür. Ermənistan 2 milyondursa, Azərbaycan 10 milyondur. Bu da o deməkdir ki, əsgərlərimizin sayı da çoxdur.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 2 oktyabr — Sputnik. Türkiyə vətəndaşları Azərbaycanın işğal olunmuş ərazilərində gedən hərbi əməliyyatlar zamanı ön cəbhədə olan əsgərlərimizə yardım edir, bəziləri isə döyüşlərdə iştirak etmək üçün rəsmi qurumlarımıza müraciət ünvünlayırlar.

Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, Azərbaycanda fəaliyyət göstərən türk iş adamlarına məxsus "Koza" restoranı də cəbhə bölgəsinə yardım göndərib. Restoranın sahibi Barat İssi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün damarlarında türk qanı axan hər kəs Azərbaycanın yanında olmalıdır: "Biz Azərbaycan vətəndaşı olmadığımız üçün ön cəbhədə ola bilmirik, amma əlimizdən gələni bacardığımız qədər etməyə çalışırıq. Axı biz bir millət, iki dövlətik".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
© AFP 2020 / HANDOUT / TURKISH PRESIDENTIAL PRESS SERVICE

Türkiyə vətəndaşı Ərdal Aydemir isə dünən Qarabağ uğrunda döyüşlərdə iştirak etmək üçün müraciət edib:

"Mənim ulu nənəm yerevanlı qızıdır. 120 il yaşadı. Hər zaman ağlayaraq danışırdı. Deyirdi ki, "indi qoysalar gedərəm Yerevana atamın həyətinin taxta qapısını açaram, həyətimizi tərtəmiz süpürərəm, ermənilər indi o həyəti murdar ediblər". Sonradan bildim ki, ermənilər onun atasını, qardaşını öldürüblər. Nənəm də Arazın bu tayına keçib. Yəni Yerevan türk yurdudur. Bu səbəbdən də döyüş başlayandan nəslimin intiqamını almaq üçün bir fürsət yarandı. İnşallah çağırsalar, canımı vermək bahasına da olsa, döyüşmək istəyirəm. Şuşada, Xocalıda, Qarabağda etdikləri zülmlər bizim üçün üz qarasıdır. Şükür Allaha, bu qaranı silmək üçün bir fürsət yarandı".

Dünya Azərbaycanları Konqresinin İdarə heyətinin sədri Asif Qurban Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünən İzmirdə saat qülləsi Azərbaycan bayrağı rəngləri ilə işıqlandırılıb: "İzmir valisi Azərbaycan mövzusunda çox həssas davrandı. Binanın üzərində Azərbaycan və Türk bayrağı ilə yanaşı, "Bir millət, iki dövlət" şüarı yer aldı. Bu, 3 gün davam edəcək. Türkiyə Azərbaycanın yanındadır. Bu da bizə ruh verir".

Onun sözlərinə görə, Türk vətəndaşları döyüşlərdə iştirak etmək üçün müraciət edirlər.

"Amma biz onlara bildiririk ki, Azərbaycan Ordusu güclüdür. Ermənistan 2 milyondursa, Azərbaycan 10 milyondur. Bu da o deməkdir ki, əsgərlərimizin sayı da çoxdur. Azərbaycan Ordusunun canlı yardıma ehtiyacı yoxdur", - deyə A.Qurban qeyd edib.

Əsas mövzular