QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycanın məşhurları Qarabağda döyüşməyə getdilər

© Photo : © Courtesy of Ramil ZeynalovТофик Мусаев, фото из архива
Тофик Мусаев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əməkdar artist İlkin Əhmədov, güləşçi Əfqan Xaşalov, taekvondoçu Ayxan Tağızadə və bir çox başqa məşhurlarımız döyüş zonasına yollanıblar

BAKI, 1 oktyabr - Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın məşhur ifaçıları və idmançıları Silahlı Qüvvələrimizin əks-hücumunun davam etdiyi cəbhə xəttinə yollanıblar.  

Sputnik Azərbaycan-ın məlumatına görə, ölkədə qismən səfərbərlik elan edildikdən sonra cəbhəyə gedənlərin sırasına xeyli tanınmışlarımız da qatılıb. Əməkdar artist, birinci Respublika Muğam Müsabiqəsinin laureatı İlkin Əhmədov, güləşçi, dünya çempionatının bürünc mükafatçısı Əfqan Xaşalov, taekvondoçu, Avropa Oyunlarının çempionu Ayxan Tağızadə, dicey Roşka (Rövşən Həsənov) və bir çox digər məşhurlarımız könüllü kimi cəbhəyə yollanıblar. Qarışıq döyüş ustası Tofiq Musayev də onların sırasındadır.

Каска армянского солдата, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
"Ermənistanın iki yolu var: Ya ərazimizi tərk etməlidir, ya da yerində məhv ediləcək"

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

Xəbər lenti
0