00:53 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
77821

"Ermənistan SQ-nin 6 komanda idarəetmə və komanda müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası və 1 ədəd S-300 zenit-raket kompleksi sıradan çıxarılıb"

BAKI, 1 oktyabr - Sputnik. “Azərbaycan Ordusunun əks-hücum əməliyyatı uğurla davam edir”. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, əməliyyatın 5-ci gününün sonunda düşmənin xeyli itkisi var: “Düşmən müxtəlif istiqamətlərdə geri çəkilməyə məcbur olub”.

Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, Ermənistan mətbuatında guya Azərbaycana məxsus helikopter və təyyarələrinin vurulması və İran ərazisində düşməsi barədə verilən məlumatlar yanlışdır: “Bu müddət ərzində düşmənin 200 tank və digər zirehli texnikası, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanları, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda idarəetmə və komanda müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası və 1 ədəd S-300 zenit-raket kompleksi sıradan çıxarılıb". 

Əlaqədar

Tərtərdə ölümlə nəticələnən mərmi yağışı – hadisə yerindən dəhşətli kadrlar 18+
Rəsmi Bakıdan "Le Monde" qəzetinin iki jurnalistinin yaralanması ilə bağlı açıqlama
Ermənistan ordusu Horadiz şəhərini atəşə tutub
Təhsil Nazirliyi: erməni təxribatı nəticəsində 2 şagird həlak olub, müəllim yaralanıb
Müdafiə Nazirliyi xarici hərbi attaşeləri erməni təxribatı ilə bağlı məlumatlandırdı
Teqlər:
Müdafiə Nazirıiyi, Azərbaycan, artilleriya qurğusu, Hava Hücumundan Müdafiə sistemləri, zirehli texnika, tank, itkilər, erməni təcavüzü, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular