QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

MN: Azərbaycanın döyüş təyyarəsi və helikopterləri bugünkü döyüşlərdə tətbiq olunmayıb

© AR Ministry of DefenseAzərbaycan hərbi təyyarələri Türkiyə səmasında
Azərbaycan hərbi təyyarələri Türkiyə səmasında - Sputnik Azərbaycan
Abunə olmaq
HHQ-nin bütün döyüş aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir. Görünən odur ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla təsəlli tapırlar

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 1 oktyabr — Sputnik. Ermənistan tərəfinin guya bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus 3 təyyarə, 2 helikopter və 6 PUA-nın vurulması ilə bağlı məlumatı dezinformasiyadır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb: "HHQ-nin bütün döyüş aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir. Görünən odur ki, Ermənistan müdafiə nazirliyinin rəsmiləri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla təsəlli tapırlar".

Xəbər lenti
0