09:47 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (808)
12510

HHQ-nin bütün döyüş aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir. Görünən odur ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla təsəlli tapırlar

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 1 oktyabr — Sputnik. Ermənistan tərəfinin guya bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus 3 təyyarə, 2 helikopter və 6 PUA-nın vurulması ilə bağlı məlumatı dezinformasiyadır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb: "HHQ-nin bütün döyüş aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir. Görünən odur ki, Ermənistan müdafiə nazirliyinin rəsmiləri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla təsəlli tapırlar".

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (808)

Əlaqədar

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir
Kreml Qarabağ münaqişəsində üçüncü ölkənin iştirakı imkanını şərh edib
Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi raket atəşinə tutulub
Müdafiə Nazirliyi: Təyyarə və helikopterimizin vurulmasına dair xəbərlər yalandır
Yaşayış məntəqələrimiz yenidən artilleriya atəşinə tutulur
Teqlər:
Müdafiə Nazirliyi, aviasiya, helikopter, təyyarə, Azərbaycan ordusu, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular