23:10 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
89 0 0

TMMN: Ermənistanın qarşısında Türkiyənin olduğu təsəvvürünü yaratmaqla arxasındakı dəstəyi artırmaq məqsədi güdür.

BAKI, 30 sentyabr — Sputnik. Türkiyənin Milli Müdafiə Nazirliyi Ermənistanın növbəti yalanını təkzib edib.

Sputnik Türkiyə-nin məlumatına görə, TMMN-in bu barədə açıqlamasında deyilir: "Ermənistan ona qarşı Türkiyə təyyarələri və PUA-larından istifadə olunmasına dair heç bir dəlilə söykənməyən yalan iddialarla çıxış edir. Ermənistanın qarşısında Türkiyənin olduğu təsəvvürünü yaratmaqla arxasındakı dəstəyi artırmaq məqsədi güdür. Bu, "qara piar"dan başqa bir şey deyil. Həmçinin bu iddialar onları dəstəkləyənlərdən başqa, heç kim tərəfindən ciddiyə alınmayıb".

TMMN həmçinini qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri təkbaşına qələbə qazanacaq imkan və qabiliyyətə, işğal altındakı torpaqlarını azad edəcək əzm və qətiyyətə sahib olduğunu ötən bir neçə gün ərzində bütün dünyaya göstərib.

Əlaqədar

Türkiyə Müdafiə Nazirliyi Ermənistanla bağlı açıqlama yaydı

Əsas mövzular