QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müdafiə Nazirliyi: Son saatlarda Ermənistanın 8 döyüş texnikası məhv edilib

© AR Ministry of DefenceArtilleriya bölmələrinin döyüş atışlı təlimləri
Artilleriya bölmələrinin döyüş atışlı təlimləri - Sputnik Azərbaycan
Abunə olmaq
Son saatlarda cəbhənin müxtəlif istiqamətlərində düşmənin 1 ədəd "Uraqan" yaylım atəşli reaktiv sistemi, 1 ədəd "OSA" zenit-raket kompleksi, 3 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd piyadanın döyüş maşını və 2 ədəd D-20 haubitsa-topu məhv edilib

BAKI, 30 sentyabr — Sputnik. Son saatlarda cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin 8 döyüş texnikası zərərsizləşdirilib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Son saatlarda cəbhənin müxtəlif istiqamətlərində düşmənin 1 ədəd "Uraqan" yaylım atəşli reaktiv sistemi, 1 ədəd "OSA" zenit-raket kompleksi, 3 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd piyadanın döyüş maşını və 2 ədəd D-20 haubitsa-topu məhv edilib", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

Xəbər lenti
0