QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyan: Ermənistan Rusiyanın iştirakı ilə Azərbaycanla danışıqlara hazır deyil!

© © Handout / AFPПремьер-министр Армении Никол Пашинян, фото из архива
Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nikol Paşinyan: İntensiv hərbi əməliyyatlar zamanı Ermənistan–Azərbaycan–Rusiya sammiti haqqında danışmaq o qədər də məqsədəuyğun deyil.

BAKI, 30 sentyabr — Sputnik. Ermənistan Qarabağ məsələsinin nizamlanması üzrə Azərbaycan və Rusiyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi imkanını mümkünsüz hesab edir. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"İntensiv hərbi əməliyyatlar zamanı Ermənistan – Azərbaycan – Rusiya sammiti haqqında danışmaq o qədər də məqsədəuyğun deyil. Danışıqlar üçün müvafiq atmosfer və şərtlər lazımdır", - deyə Paşinyan qeyd edib.

O, həmçinin qeyd edib ki, Ermənistan həmişə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hazır olub:

"Lakin bu o demək deyil ki, Ermənistan bu məsələni öz milli maraqlarına və təhlükəsizliyinə zərər vuraraq həll etməyə hazırdır".

Paşinyan, həmçinin vurğulayıb ki, Ermənistan xarici ölkədən olan sülhməramlıların Qarabağa yerləşdirilməsini nəzərdən keçirmir.

Xəbər lenti
0