QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

RƏSMİ: "Azərbaycan Hərbi Hava Qüvvələrinin tərkibində F-16 tipli təyyarə yoxdur"

© AP Photo / Emrah Gurel Турецкий истребитель F-16, фото из архива
 Турецкий истребитель F-16, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İrəvan bu gün Ermənistana məxsus Su-25 təyyarəsinin F-16 qırıcısı tərəfindən vurulduğu barədə məlumat yayıb

BAKI, 29 sentyabr — Sputnik. “Biz bugünkü bəyanatda da bildirmişik ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin tərkibində F-16 tipli təyyarə mövcud deyil”.

Sputnik Azərbaycan bildirir ki, bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Qeyd edək ki, İrəvan bu gün Ermənistana məxsus Su-25 təyyarəsinin F-16 qırıcısı tərəfindən vurulduğu barədə məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyi, həmçinin Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun bu xəbəri təkzib ediblər.

Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə Ermənistana radarlara baxmağı məsləhət görüb. Onun sözlərinə görə, bu, Ermənistanın apardığı növbəti yalan təbliğatıdır: “Biz bunu tamamilə rədd edirik. Ümumiyyətlə, Ermənistan tərəfinin özünə tövsiyə edirik ki, radarlara baxsın. Radarlarda hansı təyyarənin harada və nə zaman qalxması çox aydın görünür. Azərbaycan radar sistemlərində ümumiyyətlə Ermənistanın özündən belə “Su-25” təyyarəsinin qalxması barədə heç bir məlumat yoxdur”.

Xəbər lenti
0