CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir abidəmiz erməni təxribatının qurbanı olub

© AR Ministry of CultureВ кладбище близ села Бабы Физулинского района
В кладбище близ села Бабы Физулинского района - Sputnik Azərbaycan
Abunə olmaq
Qəbiristanlıqdakı dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsinə ciddi ziyan dəyib

BAKI, 29 sentyabr — Sputnik. Düşmənin ölkəmizin yaşayış məntəqələrinə istiqamətlənmiş atəş zərbələrindən biri Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlığa dəyib. Sputnik Azərbaycan xəbər verir ki, qəbiristanlıqdakı dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsinə ciddi ziyan dəyib, tarixi abidənin fasadı zədələnib və nəticədə türbə qəzalı vəziyyətə düşüb.

Məlumat üçün bildirək ki, türbə Füzuli rayonunun Babı kəndindədir. Türbədə Şeyx Babı Yaqub dəfn olunub. Türbə 1273–1274-cü illərdə memar Əli Məcidəddin tərəfindən tikilib. Şeyx Babı türbəsinin xarici səth bölgülərində Möminə Xatun türbəsinin təsiri görünür. Xalq arasında "Şıxbaba türbəsi" adıyla tanınır. Rəvayətə görə, Şeyxin cənazəsi daş qutuda, türbənin cənub pəncərəsi önündə dəfn olunub. Məqbərədəki kitabənin oxunuşuna nail olan ilk rus alimi N.Xanıkov deyib ki, Şeyx Babı Yaqub türbəsi 1271–1272-ci illərdə Məşədi Babı Yaqub ibn Saadın əmrilə tikilib. Kitabədəki yazılar ərəb dilində olduğundan tərcümə edilib. Məşədixanım Nemətin tərcüməsindən müəyyən olunub ki, bu müqəddəs türbənin zahid, kamil Şeyx Babı Yaqub ibn İsmayıl üçün tikilməsinə Hicri təqvimi ilə 672-ci ildə (Miladi 1273–1274-cü illər) əmr verilib.

Xəbər lenti
0