16:20 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
7921

Orada Türkiyədən muzdluların olmasına dair bütün danışıqlar tamamilə feykdir. Bizim ordumuzun bu gün nə muzdlulara, nə də heç bir əlavə gücə ehtiyacı var

BAKI, 29 sentyabr — Sputnik. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu rəsmi Bakının Dağlıq Qarabağa Türkiyədən də daxil olmaqla, muzdluları cəlb etməsinə dair məlumatı feyk adlandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Komsomolskaya Pravda" radiosunun efirində bildirib.

"Orada Türkiyədən muzdluların olmasına dair bütün danışıqlar tamamilə feykdir. Bizim ordumuzun bu gün nə muzdlulara, nə də heç bir əlavə gücə ehtiyacı var", - deyə Polad Bülbüloğlu qeyd edib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

Əlaqədar

İlham Əliyev: "Bu dəfə biz onlara növbəti dərs verəcəyik"
Çavuşoğlu: "Azərbaycanın yanındayıq. Bu məsələni kökündən həll etmək istəyirik"
Müdafiə Nazirliyi: "Madagizdəki erməni əsgərlər döyüşə girməkdən imtina edirlər"
XİN: Azərbaycan Ordusu əks-hücumlarda beynəlxalq humanitar hüquqa tam riayət edir
Hikmət Hacıyev dünyanın aparıcı KİV-lərini Qarabağ döyüşləri barədə məlumatlandırdı
Teqlər:
Azərbaycan Respublikasının Rusiyada Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycan ordusu, Azərbaycan, erməni təxribatı, cəbhə, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular