00:20 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (842)
523061

"Son döyüşlər bir daha göstərir ki, Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mif əsassızdır" - Azərbaycan MN

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 29 sentyabr — Sputnik. "Döyüşlərdə tətbiq edilməsi üçün Ermənistandan hərəkət edən S-300 ZRK işğal onunmuş ərazilərimizə daxil olduğu anda məhv ediləcək". Sputnik Azərbaycan xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Yerevanın hava məkanını müdafiə edən S-300 zenit-raket kompleksləri (ZRK) döyüş növbətçiliyindən çıxarılaraq işğal onunmuş ərazilərimiz istiqamətində hərəkət edir.

Bildiririk ki, onları da Ordumuz tərəfindən Dağlıq Qarabağda Ermənistan ordusunun məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir.

Son döyüşlər bir daha göstərir ki, Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mif əsassızdır.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (842)

Əlaqədar

Çavuşoğlu: "Azərbaycanın yanındayıq. Bu məsələni kökündən həll etmək istəyirik"
Müdafiə Nazirliyi: Ermənistan ordusunun alay komandiri ağır yaralanıb
Füzuli istiqamətində Ermənistan SQ-nin əks-hücum cəhdi dəf edilib
Ermənistanın "Uraqan" yaylım atəş sistemi məhv edilib
MN: Azərbaycanın F-16 qırıcısı yoxdur, Ermənistanın yaydığı məlumat yalandır

Əsas mövzular