01:10 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (690)
17721

Son günlərdə ermənilər tərəfindən davamlı olaraq artilleriya atəşinə məruz qalan yaşayış məntəqələri və əkin sahələri sursatlarla çirklənmiş ərazilərdir və atəşə tutulan bu ərazilər təhlükəli ərazi hesab olunur

BAKI, 29 sentyabr — Sputnik. 2020-ci il 27 sentyabr tarixində səhər saatlarında Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Sputnik Azərbaycan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) məlumatına istinadla xəbər verir ki, 2020-ci il 27 sentyabr tarixindən etibarən Agentlik tərəfindən cəbhə boyu ərazilərdə operativ və təxirəsalınmaz əməliyyat çıxışlarını həyata keçirmək məqsədilə çevik mobil əməliyyat qrupları yerləşdirilib.

Qeyd olunan qruplar eyni zamanda sakinlərə yerlərdə təhlükəsiz hərəkət qaydaları, mina təhlükəsinə dair maarifləndirmə və xəbərdarlıq istiqamətində fəaliyyəti həyata keçirir.

Son günlərdə ermənilər tərəfindən davamlı olaraq artilleriya atəşinə məruz qalan yaşayış məntəqələri və əkin sahələri sursatlarla çirklənmiş ərazilərdir və atəşə tutulan bu ərazilər təhlükəli ərazi hesab olunur.

Bu səbəbdən Agentlik cəbhəboyu yerləşən ərazilərdə yaşayan sakinləri naməlum əşyalara toxunmamağı, xüsusilə də uşaqları tanımaqdıqları əşyalara əl vurmamağı və dərhal aidiyyəti üzrə müraciət etməyə çağırır:

"Sakinlərə tövsiyə edirik ki, təhlükəli və ya şübhəli əşyalar barədə dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) "102" Xidməti-Zəng Mərkəzinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" Xidməti-Zəng Mərkəzinə, Rayon Polis Şöbələri (RPŞ), eləcə də Rayon İcra Hakimiyyəti orqanlarına məlumat versinlər".

Aparılan əməliyyat-axtarış tədbirləri barədə ictimaiyyətə davamlı olaraq məlumat veriləcək.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (690)

Əlaqədar

Ermənistan ordusu Ağdamda yaşayış məntəqəsini atəşə tutub, ev dağılıb
Ermənistan qoşunları dinc azərbaycanlıları atəşə tutur – FOTOFAKTLAR
Mülki əhalimizə atəş açılır: Tərtərdə iki qardaş həlak oldu, 2 nəfər isə yaralandı
Tərtər sakinlərinin narahat gecəsi: yaşayış binaları mərmi atəşləri altında
Məhkəmə binasının yanına mərmi qəlpələri düşdü - Ölən və yaralananlar var
Teqlər:
mərmi, cəbhə bölgəsi, məlumat, xəbərdarlıq, ANAMA, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular