15:37 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
32820

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videoda düşmənə məxsus hərbi texnikaların məhv edilmə anları əks olunub.

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan Ordusu bölmələrinin dəqiq zərbələri nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə məxsus daha bir neçə hərbi texnika məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Təqdim olunan videoda düşmənə məxsus hərbi texnikaların məhv edilmə anları əks olunub.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Əsas mövzular