04:58 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
53 0 0

Aİ-nin xüsusi nümayəndəsi bölgədəki gərginliyin azaldılması üçün müvafiq addımların atılmasının vacibliyini qeyd edib

BAKI, 27 sentyabr — Sputnik. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramova zəng vurub.

Sputnik Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına istinadən bildirir ki, telefon danışığı zamanı xüsusi nümayəndə Toivo Klaar bölgədə mövcud olan vəziyyət ilə əlaqədar narahatlığını ifadə edib.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin bu ilin 27 sentyabr tarixində Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktının Ermənistanın son aylar ərzində sərgilədiyi təxribatçı fəaliyyətin, o cümlədən 12-16 iyul Tovuz istiqamətində hücum cəhdi, 23 avqust Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması, eləcə də Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və fəaliyyətinin davamı olduğunu bildirdi.

Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və onların əlavə protokollarının kobud şəkildə pozulması olduğunu vurğuladı. Yaranmış vəziyyətə görə məsuliyyətin tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərində düşdüyü bildirildi.

Aİ-nin xüsusi nümayəndəsi bölgədəki gərginliyin azaldılması üçün müvafiq addımların atılmasının vacibliyini qeyd etdi.

Əlaqədar

Murov dağı silsiləsindəki əhəmiyyətli yüksəklik azad olunub
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Ermənistan ordusu zirehli texnikasını döyüş meydanında ataraq qaçır - VİDEO
Ermənistan itkilərini etiraf etməyə başladı, onlarla ölü, yüzdən çox yaralı
Baş Prokurorluq Ermənistan ordusunun yaraladığı əhali barədə məlumat yaydı
Teqlər:
erməni təxribatı, Toivo Klaar, Avropa ittifaqı, Azərbaycan XİN, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağ

Əsas mövzular