04:54 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
105 0 0

Azərbaycan Respublikasının Baş Prokurorluğu müxtəlif cinayətlər törətmiş Ermənistan SQ-nin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan tədbirlər həyata keçirir

BAKI, 27 sentyabr — Sputnik. Baş Prokurorluq cəbhə xəttində erməni təxribatı nəticəsində yaralananların sayı ilə bağlı məlumat yayıb. 

Sputnik Azərbaycan bildirir ki, məlumatda sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması qeyd olunur.

Bildirilir ki, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq dinc əhalinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutmuş, bununla da mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam etmişlər.

Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişlər.

Ermənistanın işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi,  işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması məqsədilə tərəfimizdən xüsusi beynəlxalq tribunalın yaradılması üçün bir sıra beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasına müraciət ediləcəkdir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan tədbirlər həyata keçirilir.

Əlaqədar

Murov dağı silsiləsindəki əhəmiyyətli yüksəklik azad olunub
Ermənistan itkilərini etiraf etməyə başladı, onlarla ölü, yüzdən çox yaralı
Ermənistan ordusu zirehli texnikasını döyüş meydanında ataraq qaçır - VİDEO
Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib
Ordumuz Ermənistanın hərbi texnikalarını belə məhv edir – VİDEO
Teqlər:
yaralılar, Ermənistan, Azərbaycan, cəbhə, münaqişə, Dağlıq Qarabağ

Əsas mövzular