SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

NATO-nun xüsusi nümayəndəsindən cəbhədəki vəziyyətlə bağlı açıqlama

© Sputnik / Alexander Imedashvili / Mediabanka keçidДжеймс Аппатурай, спецпредставитель НАТО
Джеймс Аппатурай, спецпредставитель НАТО - Sputnik Azərbaycan
Abunə olmaq
NATO Dağlıq Qarabağ münaqişəsinin təmas xəttində genişmiqyaslı hərbi əməliyyatlar barədə məlumatlardan narahatdır

BAKI, 27 sentyabr — Sputnik. Dağlıq Qarabağ münaqişəsinin tərəfləri dərhal döyüş əməliyyatlarını dayandırmalı və vəziyyətin sülh yolu ilə nizamlanması üçün danışıqları bərpa etməlidir. Sputnik Azərbaycan bildirir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib.

"NATO Dağlıq Qarabağ münaqişəsinin təmas xəttində genişmiqyaslı hərbi əməliyyatlar barədə məlumatlardan narahatdır. Tərəflər artıq mülki əhalinin ölümü ilə nəticələnən hərbi əməliyyatları dərhal dayandırmalıdır. Bu konfliktin hərbi yolla həlli yoxdur. Sülh yolu ilə həll edilməsi üçün tərəflər danışıqları bərpa etməlidir", - deyə Appaturay qeyd edib.

O əlavə edib ki, NATO ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir.

Xəbər lenti
0