01:31 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
13701

İran XİN sözçüsü, həmçinin, iki ölkə arasında atəşkəsin təmin edilməsi üçün bütün potensialdan istifadə etməyə, Tehranın tərəflər arasında danışıqlar üçün vasitəçilik etməyə hazır olduğunu bildirib

BAKI, 27 sentyabr — Sputnik. İran atəşkəsin təmin edilməsi və Azərbaycan və Ermənistan arasında danışıqlara vasitəçilik etmə üçün hazır olduğunu bildirib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Azərbaycan və Ermənistan arasında hərbi toqquşmaların başlaması xəbərinə münasibət bildirərkən deyib.

"İran İslam Respublikası yaxından və narahatlıqla  Azərbaycan və Ermənistan arasında baş vermiş münaqişəni izləyir. Tərəfləri  təmkinli olmağa və iki ölkə arasında müharibənin təcili dayandırılmasına, danışıqların başlanmasına çağırırıq".

İran XİN sözçüsü, həmçinin, iki ölkə arasında atəşkəsin təmin edilməsi üçün bütün potensialdan istifadə etməyə, Tehranın tərəflər arasında danışıqlar üçün vasitəçilik etməyə hazır olduğunu bildirib.

Əlaqədar

MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Lavrov azərbaycanlı həmkarına zəng etdi: "Narahatam"
Cəbhədə yaralananların sayı artıb - son məlumat
Ordumuz Ermənistanın hərbi texnikalarını belə məhv edir – VİDEO
Ərdoğan: "Hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındayıq"
Teqlər:
İran XİN, İran, Azərbaycan, Ermənistan, münaqişə, cəbhə, Dağlıq Qarabağ

Əsas mövzular