CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lavrovun Azərbaycan XİN rəhbəri ilə danışığı hazırlanır

© © Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidМинистр иностранных дел РФ Сергей Лавров, фото из архива
Министр иностранных дел РФ Сергей Лавров, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Lavrov təmas xəttində davam edən genişmiqyaslı əməliyyatlardan, həmçinin ölən və yaralılar barədə daxil olan məlumatlar barədə narahatlığını bildirib. Bundan əlavə, atəşin dərhal dayandırılmasının vacibliyi qeyd olunub

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 sentyabr — Sputnik. Rusiya Xarici İşlər naziri Sergey Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı hazırlanır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumatda, həmçinin qeyd olunur ki, Rusiya Xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Zöhrab Mnatsakanyanla artıq telefon danışığı baş tutub. Lavrov təmas xəttində davam edən genişmiqyaslı əməliyyatlardan, həmçinin ölən və yaralılar barədə daxil olan məlumatlar barədə narahatlığını bildirib. Bundan əlavə, atəşin dərhal dayandırılmasının vacibliyi qeyd olunub. Vurğulanıb ki, Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə birgə vəziyyətin sabitləşməsinə istiqamətlənən vasitəçilik səylərini davam etdirəcək.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

 

Xəbər lenti
0