Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Xarici İşlər Nazirliyi Qarabağla bağlı bəyanat yaydı

© Sputnik / Maksim Blinov / Mediabanka keçidЗдание министерства иностранных дел России в Москве
Здание министерства иностранных дел России в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var.

BAKI, 27 sentyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin tərəflərini dərhal atəşi dayandırmağa çağırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Xrici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət qəflətən gərginləşib, hər iki tərəfdən intensiv atəş aparılır. İtkilər barədə məlumatlar daxil olur: "Tərəfləri dərhal atəşi dayandırmağa və vəziyyətin sabitləşdirilməsi məqsədi ilə dərhal danışıqlara başlamağa çağırırıq".

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Xəbər lenti
0