CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərbaycan tək deyil" - Türkiyədən erməni təxribatlarına reaksiya

© AFP 2023 / YASIN AKGULПресс-секретарь президента Турции Ибрагим Калын, фото из архива
Пресс-секретарь президента Турции Ибрагим Калын, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Hücumlarda həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan tək deyil. Türkiyənin tam dəstəyinə sahibdir"

BAKI, 27 sentyabr — Sputnik. "Ermənistan Azərbaycanın mülki yaşayış yerlərinə hücum edərək atəşkəsi pozub, sülh və sabitliyə qarşı olduğunu bir daha nümayiş etdirib. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığını qətiyyətlə qınayırıq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "Twitter" səhifəsində yazıb.

​O qeyd edib ki, beynəlxalq ictimaiyyət təhlükəli təxribatın dərhal dayandırması üçün səsini ucaltmalıdır: "Türkiyə bu hücumların qarşısında Azərbaycanın yanındadır. Hücumlarda həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan tək deyil. Türkiyənin tam dəstəyinə sahibdir".

 

Xəbər lenti
0