CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vurulan helikopterimizlə bağlı son məlumat

© AR Ministry of DefenseHərbi Hava Qüvvələri helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib
Hərbi Hava Qüvvələri helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri zədələnib, ekipaj üzvləri xüsusi peşəkarlıqla öz ərazimizə endirilib, canlı itki yoxdur

BAKI, 27 sentyabr — Sputnik. Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri zədələnib, ekipaj üzvləri xüsusi peşəkarlıqla öz ərazimizə endirilib, canlı itki yoxdur.

"Qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam edir".

Ermənistan Silahlı Qüvvələri sentyabrın 27-də səhər saatlarına Azərbaycanın yaşayış məntəqələrini atəşə tutub. Mülki şəxslər arasında itki və yaralılar var. Azərbaycan ordusunun komandanlığı əks-hücum qərarı verib.

Xəbər lenti
0