CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tovuzun dinc sakinləri yenə atəş altında - FOTO

© Sputnik / Ilham MustafayevРазрушенный жилой дом в селе Дондар Гушчу Товузского района Азербайджана
Разрушенный жилой дом в селе Дондар Гушчу Товузского района Азербайджана  - Sputnik Azərbaycan
Abunə olmaq
İyulun 12-də Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu hissəsində vəziyyət gərginləşdikdən sonra qarşı tərəf dəfələrlə Azərbaycanın yaşayış məntəqələrini atəşə tutub

BAKI, 3 sentyabr — Sputnik. Tovuzun Ağdam kəndi Ermənistan Silahlı Qüvvələrinin atəşinə məruz qalıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Ermənistan ordusu bu gün kəndi iriçaplı silahlardan atəşə tutub.

Atəş nəticəsində Ağdam kəndinin sakini Qara Yusifovun evinə və həyətyanı sahəsinə ziyan dəyib. Sakinlər arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, iyulun 12-də Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu hissəsində vəziyyət gərginləşdikdən sonra qarşı tərəf dəfələrlə Azərbaycanın yaşayış məntəqələrini atəşə tutub.

© Photo : APA
Hadisə yerində - Sputnik Azərbaycan
1/3
© Photo : APA
Hadisə yerində - Sputnik Azərbaycan
2/3
© Photo : APA
Hadisə yerində - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Avqustun 17-də Tovuzun Ağdam kəndində dinc sakinlər və yaşayış məntəqələri atəşə tutulub. Güllələr və iriçaplı silahlardan atılan mərmilər evlərə ciddi ziyan vurub. Güllələrdən bir neçəsi kənd sakini Minayə Qasımovanın evini hədəf alıb. İyul ayında baş verən döyüşlər zamanı M.Qasımovanın həyətinə minaatan mərmisi düşüb.

Avqustun 22-də insident təkrarlanıb. Bu dəfə güllələr kənd sakini Bağırova Laçın Zaman qızının evinə və həyətinə düşüb. Yaşayış evinə ziyan dəyib.

Bundan üç gün sonra kənd yenidən iriçaplı silahlardan atəşə tutulub. Nəticədə Süleymanov Paşa Abbasəli oğluna məxsus evə ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti
0