QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qəlbi Azərbaycanla döyünən amerikalı: O da ölkəmiz adına ədalət istəyir

© Sputnik / Борис Кауфман / Mediabanka keçidDetroyt, Miçiqan ştatı
Detroyt, Miçiqan ştatı - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan elə bir yerdir ki, heç bir dini, irqi ayrı-seçklik yoxdur. Bu gün bütün ölkələr, eləcə də mənim vətənim Amerika da bu nümunədən bəhrələnməlidir.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 21 iyul — Sputnik. Bir neçə gün öncə Tovuzda, onun ardınca isə dünya üzrə baş verən hadisələr bir daha dünya birliyini ədalətə dəvət etməlidir. Bu arada ənənəvi qardaş ölkələrin vətəndaşları ilə yanaşı Azərbaycan üçün ədalət şüarları səsləndirənlər arasında digər ölkə vətəndaşları da var. Onlardan biri amerikalı Matt Qarnettdir.

Matt Qarnett Amerikanın Miçiqan ştatında doğulub. 20 yaşlı Matt hazırda tələbədir, təhsilini davam etdirir. Sputnik Azərbaycan Qarnett ilə müsahibəni təqdim edir:

- Azərbaycanda nə zaman olmusunuz və ölkəmizlə tanışlığınız necə oldu?

 - İlk dəfə Azərbaycana ötən ilin avqustunda gəlmişdim. Təxminən bir həftə Azərbaycanda oldum və dünyanın 10 müxtəlif ölkəsindən olan 50 nəfərlik bir qrupla olan səyahətimiz çox maraqlı və yadda qalan oldu. Bu gəzinti mənim həyatım üçün böyük bir təcrübə oldu. Lakin Azərbaycanla tanışlığım bir qədər əvvələ təsadüf edir.

© Photo : Courtesy of Matt GarnettMatt Qarnett
Qəlbi Azərbaycanla döyünən amerikalı: O da ölkəmiz adına ədalət istəyir - Sputnik Azərbaycan
Matt Qarnett

- Təxminən nə vaxta?

- 11 yaşım var idi, hələ o zamanlar Azərbaycanda olmaq istəyirdim. Çünki təkcə Bakını o zamanlar şəkillərdən görərək çox təsirlənmişdim. Sonradan Azərbaycan haqda çox şeyi araşdırdım, öyrəndim. Bütün bunlardan sonra bildim ki, Azərbaycanda olmaq üçün çox səbəblərim var. Nəhayət, ötən il Azərbaycana gəldim. Amma Azərbaycanla bağlı ilk dəfə olaraq Sovet İttifaqının tarixi haqda oxuyarkən məlumat almışdım. Öyrənmişdim ki, Azəbayanda da Sovet İttifaqıın tərkibində olub. Sonra, təxminən bir il sonra dayımın iş üçün Bakıya getdiyini eşitdim. Dayım bunu mənə deyəndə artıq Azərbacan mənim üçün daha böyük maraq kəsb etməyə başladı və ölkəniz haqda müəyyən məlumatlar öyrənməyə başladım. Beləcə, artıq internet üzərindən Azərbaycanın tarixini də araşdırmağa başladım. Azərbaycanla bağlı müəyyən məlumatları oxuya-oxuya bir də gördüm artıq Azərbaycandayam.

© Photo : Courtesy of Matt GarnettMatt Qarnett
Qəlbi Azərbaycanla döyünən amerikalı: O da ölkəmiz adına ədalət istəyir - Sputnik Azərbaycan
Matt Qarnett

- Bu səyahət sizin üçün hansı təəssüratlar yaratdı?

- Düzü, Azərbaycanla bağlı təəsüratlarım bura gəlməzədn öncə məndə yaranan təəssüratlardan daha yüksək oldu. Hər şey gözlədiyimdən daha gözəl idi. Azərbaycanın tolerant multikulturalizmi var, bu ən çox təsirləndiyim faktlardan biridir. Bura elə bir yerdir ki, heç bir dini, irqi ayrı-seçklik yoxdur. Düşünürəm ki, Azərbaycan bununla dünyaya ən gözəl nümunədir. Hətta bu gün bütün ölkələr, eləcə də məni vətənim Amerika da bu nümunədən bəhrələnməlidir. Yəni, burada sənin hansı ölkədən olmağın, hansı etnik qrupa mənsub olmağının heç bir narahatlığı yoxdur. Burada hər kəs sülh içində yaşaya bilər.

© Photo : Courtesy of Matt GarnettMatt Qarnett
Qəlbi Azərbaycanla döyünən amerikalı: O da ölkəmiz adına ədalət istəyir - Sputnik Azərbaycan
Matt Qarnett

- Azərbaycanı tanımayanlar üçün buranı necə təsvir edə bilərsiniz?

- Dediyim  kimi, Azərbaycan multikultiral ölkə olmaqla, tolerantlıqla bu gün bir çox ölkələrə nümunədir. Eyni zamanda da burdakı mehribanlıq, qonaqpərvərlikdən də bəhs etmək lazımdır. Azərbaycanın gözəl mənzərəsi, gözəl uca dağları, paytaxtı var. Buranın xörəkləri də xüsusidir, hər kəin yeyib-bəyənəcəyi, zövq ala biləcəyi milli təamları var. Ümumiyyətlə, Azərbaycan mənim üçün mədəni ənənələrlə zəngin bir ölkədir. Azərbaycan musiqisi və Azərbaycan musiqisi adına ən böyük işlərə imza atan Üzeyir Hacibəyov, Fikrət Əmirov haqda da çox eşitmişəm.

© Photo : Courtesy of Matt GarnettMatt Qarnett
Qəlbi Azərbaycanla döyünən amerikalı: O da ölkəmiz adına ədalət istəyir - Sputnik Azərbaycan
Matt Qarnett

- Valideynləriniz də sizin qədər Azərbaycana bağlıdır, bu qədər sevgilidir?

- Düzü mənim Azərbaycana olan sevgim daha böyükdür. Onlar da mənim Azərbaycana nə qədər bağlı olduğumu, nə qədər sevdiyimi bilirlər. Azərbaycana getməklə bağlı mənim fikrimi müdafiə etdilər və başa düşdülər ki, Azərbaycana getmək mənim üçün böyük bir təcrübə olacaq. Həqiqətən də onlar düşüncələrində yanılmamışdılar. Mən bu gün demək olar ki, hər gün Azəraycanla bağlı xəbərləri izləyirəm, nələrin baş verdiyindən xəbərdar oluram. Xüsusən də Dağlıq Qarabağla bağlı gedən gərginliyi xəbərlər vasitəsilə yaxından izləyirəm. Hələ 11 yaşım olanda Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu haqda məlumatlı idim. Ermənistanın Azərbaycana qarşı addımlarıdan də xəbərdaram. 2016-cı ildə aprel hadisələri baş verdikdə də mən şəxsi hesablarımdan Azərbaycanın müdafiəsinə qalxdım. Həmçinin Azərbaycanla bağlı həqiqətləri paylaşdım. Tovuzda baş verən hadisələr zamanı da o vaxt etdiyimin eynisini etdim. Ermənistan bu gün bölgədə açıq-aşkar sülhü təhdid altına salır. Ermənsitanın Azərbaycana qarşı təhdidlərinə dözmək, buna yol vermək olmaz. Qarabağın və Azərbaycanın ətrafındakı digər yeddi bölgəsinin işğal edilməsi regional sülhə və sabitliyə təhlükə yaradır və beynəlxalq humanitar qanunu pozur. Mən bu mübarizədə həmişə Azərbaycan xalqının yanında olacağam və işğal olunmuş torpaqları azad etmək uğrunda aparılan mübarizədə həmişə Azərbaycan xalqını dəstəkləyəcəm. Bilirəm ki, Azərbaycan bu mübarizədən qalib çıxacaq, bir gün Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək.

Xəbər lenti
0