CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistan ordusu mövqelərimizi pulemyotlardan atəşə tutub

© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçidПулеметная лента пулемёта "Корд". Архивное фото
Пулеметная лента пулемёта Корд. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Qazax, Tovuz, Tərtər, Ağdam, Füzuli və Goranboy rayonlarında ötən gecə gərgin keçib. Ermənistan ordusu mövqelərimizi atəşə tutub

BAKI, 29 mart — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinadla bildirir ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Sarıcalı, Acarlı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xəbər lenti
0