CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Andrey Rudenko Dağlıq Qarabağ haqda: Əsas siyasi iradə nümayiş etdirməkdir

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidРазрушенные в ходе войны дома в оккупированном азербайджанском городе Шуша
Разрушенные в ходе войны дома в оккупированном азербайджанском городе Шуша  - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Xarici İşlər nazirinin müavini deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya həmişə fəal vasitəçilik mövqeyi tutub.

BAKI, 11 fevral — Sputnik. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya həmişə fəal vasitəçilik mövqeyi tutub.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko "Rossiya Seqodnya" agentliyinə müsahibəsində deyib.

"Bu uzun sürən münaqişənin həllində tərəflərə kömək etmək qeyd-şərtsiz xarici siyasət prioritetlərimizdən biridir. Qarabağ məsələsi Rusiya Prezidentinin, Xarici İşlər nazirinin daim diqqət mərkəzindədir. Bu hal davam edən vasitəçilik fəaliyyətinə xüsusi əhəmiyyət verir və bu fəaliyyətin nəticələrinə artan diqqəti müəyyənləşdirir", - deyən Rudenko xatırladıb ki, Rusiyanın birbaşa köməyilə imzalanan sənədlər arasında hələ də atəşkəs üçün əsas olan 1994-cü il Atəşkəs haqqında sazişi var.

"Ölkəmizin vasitəçilik səylərindəki mühüm addım 2008-ci ildə Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinə aid olan Moskva Bəyannaməsinin qəbul edilməsi oldu. Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycan və Ermənistan liderləri tərəfindən bu günə qədər imzalanan ilk və yeganə sənəddir. Bildiyiniz kimi, Rusiya Azərbaycan və Ermənistanın baş qərargah rəislərini Moskvaya dəvət etməklə, 2016-cı ildə genişmiqyaslı hərbi əməliyyatların başa çatmasında həlledici rol oynadı", - deyə Rusiya XİN başçısının müavini vurğulayıb.

Руины здания в оккупированном Арменией городе Гадруте, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Ümid var: İqor Popov Qarabağ münaqişəsinə dair qəliz sualları cavablandırdı

A.Rudenko ölkəsinin fransalı və amerikalı tərəfdaşları ilə sıx təmasda vasitəçilik missiyasını həyata keçirdiyini də xatırladıb. Qeyd edib ki, ötən ilin aprel ayında Moskvada Sergey Lavrov tərəfindən həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü təşkil olunub. Görüşdə keçən il Vyanada İlham Əliyev və Nikol Paşinyan arasında əldə edilmiş razılaşmaların işlənib hazırlanması zamanı danışıqlar prosesinin yenidən başlamasına şərait yaradan konkret təkliflər ortaya qoyulub. Bunlar arasında münaqişə zonasında vəziyyətin daha da sabitləşməsi, tərəflərin ərazisində saxlanılan şəxslərin taleyinin asanlaşdırılması tədbirləri var. Media nümayəndələrinin qarşılıqlı səfərləri barədə razılığa gəlinib, nizamlanmanın bəzi əsas məsələlərinə baxılıb.

"Bu təkliflərin bir qismi həyata keçirilib. Sərhəddə və təmas xəttində vəziyyət nisbətən sakit olaraq qalır. Yerevanla Bakı arasında rabitə xətti var. Jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirilib. Əsirlikdə olan Zaven Karapetyan və Elvin İbrahimov geri qaytarılıblar. Digər məhkumlarla bağlı iş davam edir. Beynəlxalq Qırmızı Xaç Komitəsi bu prosesə cəlb olunub. İnanırıq ki, bütün bunlar tərəflərin əhalini sülhə hazırlamağa yönəlmiş konkret addımlar atmaq niyyətindən xəbər verir. Bu, xüsusilə Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin Cenevrədəki son iclasında da müzakirə edilib. Tərəflər güzəşt həlli axtarışlarını davam etdirməyə hazır olduqlarını bəyan edirlər. Bu münasibəti dəstəkləyirik. İşin davam etməsi üçün əsas var. Əsas siyasi iradə nümayiş etdirməkdir", - Rudenko əlavə edib.

Xəbər lenti
0