QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

ABŞ Qarabağla bağlı mövqeyini bir daha bəyan etdi

© Sputnik / Ilya PitalevМечеть в полностью разрушенном во время боевых действий городе Агдам
Мечеть в полностью разрушенном во время боевых действий городе Агдам  - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ əvvəl olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqliyini qətiyyətlə bəyan edir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 31 yanvar — Sputnik. ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqliyini bir daha təsdiqləyir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ-ın ATƏT-dəki missiyasının "Twitter" səhifəsində bildirilib.

Missiyanın paylaşdığı tvitt Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi tərəfindən də paylaşılıb.

"28-30 yanvar tarixlərində Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüşüb. ABŞ əvvəl olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqliyini qətiyyətlə bəyan edir", - deyə məlumatda vurğulanır.

Xəbər lenti
0