QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Zakir Həsənov: "Yerevanın danışıqları uzatması bölgədəki şəraitə mənfi təsir göstərir"

© Sputnik / Murad OrujovAzərbaycan Müdafiə Naziri Zakir Həsənov Bakıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasında
Azərbaycan Müdafiə Naziri Zakir Həsənov Bakıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasında - Sputnik Azərbaycan
Abunə olmaq
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini vurğulayıb

BAKI, 10 yanvar — Sputnik. "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılması bölgədəki şəraitə mənfi təsir göstərir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 10-da Bolqarıstanın Bakıdakı səfiri Nikolay Yankov ilə görüşdə deyib.

© AR Ministry of DefenceAzərbaycan ilə Bolqarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Zakir Həsənov: Yerevanın danışıqları uzatması bölgədəki şəraitə mənfi təsir göstərir - Sputnik Azərbaycan
Azərbaycan ilə Bolqarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini vurğulayıb.

Xəbər lenti
0