CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

BQXK nümayəndələri Dilqəm və Şahbaza baş çəkiblər

© AFP 2023 / FABRICE COFFRINIФлаг Международного Комитета Красного Креста, фото из архива
Флаг Международного Комитета Красного Креста, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
BQXK-nın nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə ötən ilin dekabr ayında baş çəkiblər

BAKI, 9 yanvar — Sputnik. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüblər.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

O qeyd edib ki, BQXK-nın nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə ötən ilin dekabr ayında baş çəkiblər: "Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, onların saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın".

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti
0