02:16 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
42 0 0

Səfər ərzində Fərid Şəfiyev Azərbaycanın Aİ-dəki nümayəndə heyətinin rəhbəri Fuad İskəndərovla birlikdə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 11-ci assambleyasında da iştirak edib.

BAKI, 7 dekabr — Sputnik. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) nümayəndə heyəti dekabrın 3-6-da Avropa İttifaqının (Aİ) siyasi mərkəzi Brüssel şəhərində qurumu təmsil edən rəsmi nümayəndələr, müstəqil düşüncə mərkəzləri, vətəndaş cəmiyyəti institutları, mətbuat orqanları və Avropadakı Azərbaycanlı diasporasının gənc nümayəndələri ilə görüşlər keçirib.

Bu barədə Sputnik Azərbaycan Mərkəzdən məlumat verilib.

BMTM-in sədri Fərid Şəfiyevin rəhbərlik etdiyi və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının da təmsil olunduğu nümayəndə heyəti dekabrın 5-də nüfuzlu beyin mərkəzi olan Avropa Siyasət Mərkəzində (EPC) Aİ – Azərbaycan münasibətləri və Dağlıq Qarabağ münaqişəsi haqqında "dəyirmi masa"da iştirak edib. Daha sonra Avropa Siyasi Araşdırmalar Mərkəzində (CEPS) təşkilatın təmsilçiləri ilə görüş keçirilib və BMTM ilə CEPS arasında əməkdaşlıq imkanları müzakirə edilib. Mərkəzin əməkdaşlarına Azərbaycanın xarici siyasəti, Ermənistan – Azərbaycan münaqişəsi, Aİ ilə Azərbaycan arasındakı münasibətlər və birgə layihələr haqqında məlumat verilib.

Səfər ərzində Fərid Şəfiyev Azərbaycanın Aİ-dəki nümayəndə heyətinin rəhbəri Fuad İskəndərovla birlikdə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 11-ci assambleyasında da iştirak edib. Tədbirdə çıxış edən və Azərbaycandan olan vətəndaş cəmiyyəti nümayəndələrinin suallarını cavablandıran F.Şəfiyev ölkəmizlə Aİ arasında növbəti çərçivə sazişi üçün aparılan danışıqlar haqqında fikirlərini bölüşüb. Azərbaycanla Avropa İttifaqının əlaqələrinin çoxsaylı enerji və nəqliyyat layihələri nəticəsində güclü potensiala malik olduğunu vurğulayıb.

Dekabrın 5-də həmçinin nümayəndə heyətinin Avropanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporunun gənc nümayəndələri ilə görüşü keçirilib. Fərid Şəfiyev və Tural Gəncəliyev gəncləri ölkəmizin milli maraqlarını, torpaqlarımızın 20 faizinin işğal altında saxlanılmasından doğan narahatlığını və haqq səsini yaşadıqları ölkələrdə daha səylə müdafiə etməyə çağırıb.

Səfərin sonunda Xurşidbanu Natəvanın Belçikanın Vaterloo şəhərində yerləşən abidəsi ziyarət edilib.

Əsas mövzular