14:15 20 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
103610

Mənim münaqişələri birdəfəlik həll etməklə bağlı sehrli formulum yoxdur. Lakin ATƏT sülh üçün konkret addımlara dəstək göstərən birinci təşkilatdır.

BAKI, 5 dekabr — Sputnik. Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi təhlükəsi real olaraq qalır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Slovakiyanın Xarici İşlər naziri və ATƏT-in hazırkı sədri Miroslav Layçak ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında deyib.

"Dialoq il ərzində davam edir. Müxtəlif platformalar vasitəsilə təşkilat etimadı möhkəmləndirmək, gərginliyi azaltmaq və dialoqu dəstəkləməyə çalışıb. Dağlıq Qarabağ münaqişəsinin real kəskinləşməsi təhlükəsi mövcuddur. Mənim münaqişələri birdəfəlik həll etməklə bağlı sehrli formulum yoxdur. Lakin ATƏT sülh üçün konkret addımlara dəstək göstərən birinci təşkilatdır", – deyə Layçak qeyd edib.

Əsas mövzular