07:51 11 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Xankəndi, arxiv şəkli

Lavrov: "Qarabağ icmaları arasında təmaslar bərpa olunmalıdır"

© Sputnik / Ilya Pitalev
QARABAĞ
Qısa URL
18 0 0

“İstənilən qərar bu torpaqlarda yaşayan insanlar tərəfindən qəbul olunmalıdır. Ona görə ünsiyyət nə qədər çox olsa, razılaşmalar daha dayanaqlı olacaq"

BAKI, 3 dekabr — Sputnik. Rusiya Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərinin müəlliflərindən biri olub.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bütün tərəflər humanitar əlaqələrin həyata keçirilməsində razılaşmışdı: "Həm Vyana sammitində, həm sonradan nazirlərin Moskva görüşündə etimad tədbirləri, humanitar əlaqələrin, KİV-lə əlaqələrin nizamlanması barədə əldə edilmiş razılaşmaların həyata keçirilməsində maraqlıyıq. İstənilən qərar bu torpaqlarda yaşayan insanlar tərəfindən qəbul olunmalıdır. Ona görə də, ünsiyyət nə qədər çox olsa, razılaşmalar daha dayanaqlı olacaq".

Rusiya Xarici İşlər naziri vurğulayıb ki, icmalar arasında da təmaslar bərpa olunmalıdır: "Qarabağın bütün əhalisi gələcək haqqında qərar verməlidir".

Sergey Lavrov qeyd edib ki, Ermənistan və Azərbaycan XİN başçılarının Bratislavada görüşündən sonra iki nazir və Minsk qrupunun həmsədr ölkələrinin XİN başçılarının birgə bəyanatının qəbul olmasına çalışacaqlar. O, əlavə edib ki, bu, alınmasa, hər bir halda həmsədrlərin bəyanatı olacaq.

Əsas mövzular