07:08 11 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Xarici İşlər naziri Elmar Məmmədyarov

“Qarabağla bağlı danışıqların hazırkı mərhələsi heç nə ilə nəticələnmir” - Məmmdəyarov

© Alexander Shcherbak / TASS/POOL
QARABAĞ
Qısa URL
11 0 0

"Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Bratislavada keçiriləcək görüşündən əsas gözlənti irəliliyə doğru hərəkət etməkdir. Biz irəli addım atmağı dəstəkləməliyik, mövcud “status-kvo” heç kəs üçün uyğun deyil"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 3 dekabr – Sputnik. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Bratislavada keçiriləcək görüşündən əsas gözlənti irəliliyə doğru hərəkət etməkdir. Biz irəli addım atmağı dəstəkləməliyik, mövcud “status-kvo” heç kəs üçün uyğun deyil.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla Bakıda keçirilən görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

Məmmədyarov qeyd edib ki, Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan görüş zamanı Dağlıq Qarabağın statusu və təhlükəsizliyi barədə məsələni qaldırmaq niyyətindədir.

O, vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin hazırkı vəziyyəti heç nə ilə nəticələnmir: "Bizim və Ermənistanın anlayışında təhlükəsizlik nə anlama gəlir? İlk növbədə Silahlı Qüvvələrin kazarmalara geri dönməsinə dair anlayış var. Bəli, təhlükəsizlik önəmlidir. Bu həm də Azərbaycan, onun Qarabağdakı əhalisi üçün də önəmlidir. Dağlıq Qarabağdan olan qaçqınlar normal həyata qayıtmalıdır. Biz təhlükəsizlik məsələsinin qiymətləndirilməsinə və həllinə dair hesabatın hazırlanması ilə bağlı həmsədrlərə müraciət etmişik. Bu predmetlər üzrə ciddi danışıqlara ehtiyac var. Mən düşünürəm ki, biz sabah bu predmetlər üzrə danışıqlara başlayacağıq".

Lavrov Paşinyanın Azərbaycana silah satmamaq çağırışına münasibət bildirdi

“Hamı anlayır ki, bu məsələnin həlli tapılmalıdır” – deyə nazir vurğulayıb.

Qeyd edək ki, dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş olacaq.

 

Əsas mövzular