16:39 13 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8725
Pulemyotdan atəş, arxiv şəkli

Cəbhədə pulemyotlar və snayperlər işə düşüb

© Sputnik / Konstantin Chalabov
QARABAĞ
Qısa URL
7 0 0

Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub

BAKI, 3 noyabr – Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində atəşkəs re­ji­mi pozulub
© State Border Service of Azerbaijan Republic.

Sputnik Azərbaycan-ın-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Aşağı Əskipara, Qızılhacılı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Əsas mövzular