05:04 18 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Azərbaycan Xarici İşlər Nazirliyinin binası

"Faşist cəlladı Qaragin Njde də vaxtilə məsələnin həll edildiyini düşünürdü"

© Sputnik / Murad Orujov
QARABAĞ
Qısa URL
16 0 0

"Faşizmi qəhrəmanlaşdıran, Azərbaycanın ərazilərini işğal edərək bu torpaqlarda yaşayan yerli azərbaycanlılara qarşı qanlı etnik təmizləmə həyata keçirən və Xocalı soyqırımı kimi vəhşilik törədən bir ölkənin müdafiə nazirindən daha nə gözləmək olar?!"

BAKI, 29 oktyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Ermənistan müdafiə nazirinin münaqişənin həlli ilə bağlı dediyi “Qarabağ məsələsi öz həllini tapıb” fikrinə münasibət bildirib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, L.Abdullayeva deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilərin iştirakı ilə uzun illərdir ki, səylərin davam etdiyi bir vaxtda işğalçı ölkənin müdafiə nazirinin belə bir fikirlə çıxış etməsi yalnız xəstə təxəyyülün məhsulu ola bilər.

“Bilirsiniz, faşizmi qəhrəmanlaşdıran, Azərbaycanın ərazilərini işğal edərək bu torpaqlarda yaşayan yerli azərbaycanlılara qarşı qanlı etnik təmizləmə həyata keçirən və Xocalı soyqırımı kimi vəhşilik törədən bir ölkənin müdafiə nazirindən daha nə gözləmək olar?! Ancaq bir məqamı vurğulamaq istərdim, Ermənistanda qəhrəman səviyyəsinə yüksəldilən faşist cəlladı Qaragin Njde də vaxtilə məsələnin həll edildiyini düşünürdü, ancaq onun aqibətinin necə olduğu hamıya bəllidir. Ermənistan-Azərbaycan münaqişəsi yalnız beynəlxalq hüquq prinsipləri tam təmin edildikdən və ədalət bərpa olunduqdan sonra, beynəlxalq ictimaiyyətin də tələb etdiyi kimi Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü bərpa edildikdən sonra həll olunacaq”, - deyə mətbuat katibi qeyd edib.

Əlaqədar

Zaxarova Zatulinin Qarabağa qanunsuz səfərini şərh edib
Paşinyan təcili Təhlükəsizlik Şurasını topladı – Gündəmdə Qarabağ da var
İlham Əliyev Qarabağa görə qonağına təşəkkür etdi
Fransa məhkəməsi Qarabağdakı qondarma rejimlə imzalanmış xartiyanı ləğv edib
"Bir milyondan çox insanın haqq səsi eşidilsin" - Dağlıq Qarabağın azərbaycanlı icması

Əsas mövzular