SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rəsmi Bakı Parisin qeyri-qanuni "saziş"lərin ləğv olunmasına dair qərarını alqışlayıb

Abunə olmaq
Bu günədək Fransanın şəhərləri ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim tərəfindən yaradılan "yerli hakimiyyət orqanları" arasında imzalanan 9 qanunsuz "müqavilə" Fransa Respublikasının müvafiq məhkəmə qərarları ilə ləğv olunub

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Fransa Respublikasının Lion/Lyon/ inzibati məhkəməsinin bu ölkənin Desin-Şarpyö/Decines-Charpieu şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri və Sen-Etyen/Saint-Etienne/ şəhəri ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri arasında müvafiq olaraq 25 sentyabr 2017-ci il və 21 oktyabr 2018-ci ildə imzalanan qeyri-qanuni "saziş"lərin ləğv olunmasına dair cari ilin 19 sentyabr tarixli qərarını alqışlayır.

Xarici İşlər Nazirliyinin binası - Sputnik Azərbaycan
XİN: Bu hadisəni törədənlər cəzalandırılacaq

Bu barədə Sputnik Azərbaycan-a XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib.

Xatırladaq ki, sözügedən qeyri-qanuni "sənədlər" Azərbaycan və Fransanın milli qanunvericiliyi, xüsusilə də Fransa Konstitusiyasının 73-cü maddəsi, "Ərazi Vahidləri Ümumi Məcəlləsi"nin maddələri və 24 may 2018-ci il tarixində Daxili işlər və Avropa və xarici işlər nazirləri tərəfindən imzalanmış sirkulyar sənədin müddəalarına zidd olaraq imzalanıb.

Bu günədək Fransanın şəhərləri ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim tərəfindən yaradılan "yerli hakimiyyət orqanları" arasında imzalanan 9 qanunsuz "müqavilə" Fransa Respublikasının müvafiq məhkəmə qərarları ilə ləğv olunub.

"Azərbaycan tərəfi hazırda qüvvədə qalan digər qeyri-qanuni "sənədlərin" də tezliklə Fransa məhkəmələri tərəfindən ləğv ediləcəyinə ümid edir", - deyə XİN-dən bildirilib.

Xəbər lenti
0