CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

BMTM sədri: "Həmsədrlər Paşinyanın populist bəyanatlarını rədd edirlər"

© AFP 2023 / JOHN MACDOUGALLNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan
Abunə olmaq
Bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin bu il avqustun 5-də Xankəndində səsləndirilən bəyanatlara və ümumilikdə Ermənistan rəhbərliyinin bu kimi digər bəyanatlarına verdikləri ilk rəsmi reaksiyadır

BAKI, 26 sentyabr — Sputnik. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını şərh edib.

Fərid Şəfiyev - Sputnik Azərbaycan
QARABAĞ
Fərid Şəfiyev: "Azərbaycan və Ermənistan "post danışıqlar dövrü"nə qədəm qoyub"

Sputnik Azərbaycan xəbər verir ki, F.Şəfiyev bunları bildirib: "ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı sentyabrın 25-də verdikləri bəyanat göstərir ki, onlar Ermənistan Baş naziri Nikol Paşinyanın populist bəyanatlarını rədd edirlər. Həmsədrlər danışıqların nəticəsini əvvəlcədən müəyyən edən təxribatçı ritorikanı qəbul etmədiklərini bildiriblər. Bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin bu il avqustun 5-də Xankəndində səsləndirilən bəyanatlara və ümumilikdə Ermənistan rəhbərliyinin bu kimi digər bəyanatlarına verdikləri ilk rəsmi reaksiyadır. Həmsədrlər ümumi açıqlamalarında təmas xəttində baş verən son itki ilə bağlı təəssüf etdiklərini bildirərək, sentyabrın 22-də azərbaycanlı hərbçinin öldürülməsini pisləyiblər.

Beləliklə, həmsədrlərin Ermənistan tərəfinin hərəkətlərinə mənfi münasibət göstərdikləri ilə bağlı ümumi nəticəyə gələ bilərik. Lakin bir sual yenə də açıq qalır - bütün bunlar danışıqların gələcəyinə necə təsir edəcək?"

Xəbər lenti
0