03:49 18 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
Paşa Həsənov 30 ildir bir kəndin düşmənlə mübarizə statistikasını aparıb

Bu adam otuz ildir bir kəndin düşmənlə mübarizə statistikasını aparır

© Sputnik / Ilham Mustafa
QARABAĞ
Qısa URL
70010

Tovuz sakini münaqişənin başlandığı gündən bu yana Ermənistan silahlı qüvvələrinin Əlibəyli kəndi istiqamətində atəşkəsi pozmasını tarix, saat və dəqiqəsinə qədər qeyd edib, baş verən hadisələrin statistikasını aparıb.

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 11 sentyabr — Sputnik. Müharibə dövründə sərhəd bölgəsində yaşayan insanların da özlərinə xas məşğuliyyəti olur. Kimi həyətlərə, evlərə düşən güllə ucluğu və qəlpələri toplayır, kimi də döyüşən əsgərlərə aid olan hər hansı əşyaları toplayaraq saxlayır. Tovuz rayonunun Ermənistanla ən yaxın təmas xəttində yerləşən Əlibəyli kənd sakini Paşa Həsənovun da məşğuliyyəti insanlarda maraq doğurur. O, münaqişənin başlandığı gündən bu yana Ermənistan silahlı qüvvələrinin Əlibəyli kəndi istiqamətində atəşkəsi pozmasını tarix, saat və dəqiqəsinə qədər qeyd edib, baş verən hadisələrin statistikasını aparıb. O, 30 ildir statistika aparmağı davam etdirir.

80 yaşlı Paşa Həsənov Sputnik Azərbaycan-ın bölgə müxbirilə söhbətində başladığı işin bu qədər uzanacağını heç ağlına belə gətirmədiyini söyləyib:

Paşa Həsənov Ermənistan silahlı qüvvələrinin Əlibəyli kəndi istiqamətində atəşkəsi pozmasını tarix, saat və dəqiqəsinə qədər qeyd edib
© Sputnik / Ilham Mustafa
Paşa Həsənov Ermənistan silahlı qüvvələrinin Əlibəyli kəndi istiqamətində atəşkəsi pozmasını tarix, saat və dəqiqəsinə qədər qeyd edib

“Müharibə başlanan gündən yazıram. O vaxt məktəbdə təsərrüfat müdiri işləyirdim. Axşamlar isə balta, dəhrə, bıçaq götürüb kəndin ətrafında qazdığımız səngərlərdə keşik çəkirdik. Elə səngərdə dayandıqca, hər atılan gülləni başladım qeyd etməyə. Fikirləşirdim ki, tezliklə bu münaqişə də bitər, mənim marağım da. Amma illər keçdikcə, artıq bu, məşğuliyyətə çevrildi”.

Köhnə döyüşçü və şəhid atası olan P.Həsənov o gündən bəri Ermənistan ordusu tərəfindən kənd istiqamətində atılan güllələrin sayının, atəşin hansı mövqedən açıldığının və atəşkəsin pozulma vaxtlarının qeydiyyatını aparıb. Atılan güllələrin səslərindən atıldığı silahları da seçməyi bacaran Əlibəyli sakini onların adını, həmçinin nə qədər davam etdiyini də qeyd edib. O, bu qeydlərin nə vaxtsa lazım olacağına inandığını deyib:

Paşa Həsənov Ermənistan silahlı qüvvələrinin Əlibəyli kəndi istiqamətində atəşkəsi pozmasını tarix, saat və dəqiqəsinə qədər qeyd edib
© Sputnik / Ilham Mustafa
Paşa Həsənov Ermənistan silahlı qüvvələrinin Əlibəyli kəndi istiqamətində atəşkəsi pozmasını tarix, saat və dəqiqəsinə qədər qeyd edib

“Artıq iki ilə yaxındır intensiv atəşkəs olmur. Son qeydlərim 2017-ci ilin avqust və oktyabr aylarında olub. Ondan sonra ara sıra güllə atılan vaxtlar olub. Hamısını qeyd etmişəm, itib batmasın deyə surətini də çıxarmışam. Bir surətini də Qırmızı Xaç cəmiyyəti istədi, onlara verdim. Mən bu işi bir döyüşən sərhəd kəndinin sakini olaraq aparmışam. Yəqin nə vaxtsa kiməsə lazım olar”.

  • Tovuz rayonunun Əlibəyli kənd sakini Paşa Həsənov
    Tovuz rayonunun Əlibəyli kənd sakini Paşa Həsənov
    © Sputnik / Ilham Mustafa
  • 80 yaşlı Paşa Həsənovun gündəliyi
    80 yaşlı Paşa Həsənovun gündəliyi
    © Sputnik / Ilham Mustafa
  • Tovuz rayonunun Əlibəyli kənd sakini Paşa Həsənovun təqdim etdiyi şəkillər
    Tovuz rayonunun Əlibəyli kənd sakini Paşa Həsənovun təqdim etdiyi şəkillər
    © Sputnik / Ilham Mustafa
1 / 3
© Sputnik / Ilham Mustafa
Tovuz rayonunun Əlibəyli kənd sakini Paşa Həsənov

Paşa Həsənov həmçinin atəşkəsdən sonra Əlibəylidə düşmən gülləsindən ölən və yaralanan dinc sakinlərin adlarına da gündəliyində yer ayırıb.

Əsas mövzular