QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Zaxarova Paşinyanın bəyanatına münasibət bildirib

© Sputnik / Irade JELILRusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova - Sputnik Azərbaycan
Abunə olmaq
“Azərbaycan və Ermənistan arasında münaqişə çox çətin bir prosesdir. Bu baxımdan bəyanatlara diqqət edilməlidir”

BAKI, 4 sentyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi təmsilçisi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır" bəyanatına münasibət bildirib.

"Dağlıq Qarabağ münaqişəsi uzun müddətdir davam edən və çətin problemdir. Hesab edirik ki, daxili ritorika mövcuddur, hansı ki, siyasi hərəkatda özünü əks etdirir. Hesab edirik ki, münaqişə tərəflərinin bəyanatlarına sülh yolu ilə nizamlanma istiqamətində aparılan ümumi səylər məzmununda baxılmalıdır. Təəssüflər olsun ki, biz bu cür bəyanatları müxtəlif səviyyələrdə tərəflərdən eşidirik. Azərbaycan və Ermənistan arasında münaqişə çox çətin bir prosesdir. Bu baxımdan bəyanatlara diqqət edilməlidir. Bu, başlanğıc nöqtəyə qayıtmamağımız və prosesin sıfıra düşməməsi üçün önəmlidir" - deyə Zaxarova vurğulayıb.

Xəbər lenti
0