QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Cəbhədə yük maşını atəşə tutuldu, cavab atəşilə snayper susduruldu - FOTOLAR

© Sputnik / Murad OrujovCavab atəşi, arxiv şəkli
Cavab atəşi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının bölmələri gecə baş verənlərlə bağlı açıqlama yaydı

BAKI, 27 iyul — Sputnik. Ermənistan mətbuatının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində atəşkəs rejiminin pozulması barədə məlumatla əlaqədar bildiririk ki, təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfi atəşkəs rejimini pozmaqla növbəti təxribat törədib.

© © DSX-nin mətbuat xidməti"Kamaz" markalı hərbi yük maşını atəşə tutulub
Cəbhədə yük maşını atəşə tutuldu, cavab atəşilə snayper susduruldu - FOTOLAR - Sputnik Azərbaycan
"Kamaz" markalı hərbi yük maşını atəşə tutulub

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatında qeyd edilib.

Bildirilib ki, düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqamətdə hərəkətdə olan "Kamaz" markalı hərbi yük maşını atəşə tutulub, açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib.

© © DSX-nin mətbuat xidməti"Kamaz" markalı hərbi yük maşını atəşə tutulub
Cəbhədə yük maşını atəşə tutuldu, cavab atəşilə snayper susduruldu - FOTOLAR - Sputnik Azərbaycan
"Kamaz" markalı hərbi yük maşını atəşə tutulub

Düşmən snayperinin atəş nöqtəsi cavab atəşilə susdurulub.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttinin xidmət apardıqları sahəsində əməliyyat şəraitinə tam nəzarət edir.

Xəbər lenti
0